SİYASƏT


Möhsün Pakayin: İran Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəkləyib

Tehran, 28 sentyabr, AZƏRTAC

Azərbaycan uzun illər öz ərazilərini işğaldan azad etməyə çalışıb və nəticədə buna nail olub.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Azərbaycandakı sabiq səfiri Möhsün Pakayin deyib.

O bildirib ki, Azərbaycan ilə İran müştərək tarixi, dini, mədəni dəyərlərə və adət-ənənələrə malikdirlər. Yaxın qonşu və dost Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi bizi sevindirir. İran Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini hər zaman dəstəkləyib və bundan sonra da dəstəkləyəcək.

Diplomat qeyd edib ki, Azərbaycanda səfir işlədiyi müddətdə Prezident İlham Əliyevin Qarabağın işğaldan azad olunmasını istiqamətindəki fəaliyyətini və səylərini müşahidə edib. Bu fəaliyyət nəticəsində torpaqlar azad edilib.

Keçmiş səfir İranın yeni seçilən Prezidenti İbrahim Rəisinin qonşularla münasibətlərə xüsusi diqqət yetirdiyini, iqtisadi əlaqələrin daha geniş sahələri əhatə etməsi üçün tədbirlər görəcəyini də vurğulayıb. Qeyd olunub ki, regionda yeni siyasi reallıqlar yaranıb və bu reallıqlar qarşılıqlı faydalı əlaqələrin inkişafına təkan verəcək.

M.Pakayin Azərbaycan torpaqlarının azad edilməsi uğrunda mübarizədə şəhid olanların xatirəsini hər zaman əziz tutacaqlarını vurğulayıb.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.