İQTİSADİYYAT


Moldova Azərbaycan investorlarını ölkə iqtisadiyyatına cəlb etməkdə maraqlıdır

Kişineu, 13 may, AZƏRTAC

Moldova Azərbaycan investorlarını ölkə iqtisadiyyatına cəlb etməkdə maraqlıdır.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovla görüşündə Moldovanın sabiq Prezidenti, Sosialist Partiyasının sədri İqor Dodon söyləyib.

İqor Dodon Azərbaycanın Moldovada, xüsusilə Qaqauz Muxtar ərazisində həyata keçirdiyi böyük sosial və humanitar layihələri yüksək dəyərləndirib.

Görüşdə Azərbaycan və Moldova arasında ikitərəfli əməkdaşlıqla bağlı müxtəlif məsələlər müzakirə edilib, humanitar, ticarət və enerji sahələri də daxil olmaqla, bir sıra prioritet istiqamətlər üzrə münasibətlərin genişləndirilməsinin vacibliyi vurğulanıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.