İDMAN


Moldova-Azərbaycan oyunu polşalı hakimlərə tapşırılıb

Bakı, 23 fevral, AZƏRTAC

Futzal üzrə Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Moldova ilə səfər matçının hakimləri açıqlanıb.

AZƏRTAC xəbər verir ki, oyunun əsas referisi polşalı Damian Qrabovski olacaq. İkinci hakim funksiyasını isə onun həmyerlisi Dominik Tsipinski yerinə yetirəcək.

Qeyd edək ki, martın 9-da Moldovanın paytaxtı Kişinyovdakı “Futzal Arena”da oynanılacaq görüş Bakı vaxtı ilə saat 20:30-da start götürəcək. Bu komandalar arasında ilk oyun isə martın 4-də Bakı İdman Sarayında keçiriləcək. Matç saat 19:00-da başlayacaq.

Qeyd edək ki, millimiz seçmə mərhələdə Slovakiyanı 4:1, Yunanıstanı 3:0 hesabı ilə məğlubiyyətə uğradaraq 3-cü qrupun vahid lideridir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.