SİYASƏT


Moldova Azərbaycanlıları Konqresi: Cinayəti törədənlərin ən qısa zamanda məsuliyyətə cəlb olunmasını tələb edirik

Moldova Azərbaycanlıları Konqresi: Cinayəti törədənlərin ən qısa zamanda məsuliyyətə cəlb olunmasını tələb edirik

Bakı, 27 yanvar, AZƏRTAC

Moldova Azərbaycanlıları Konqresi ölkəmizin İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilən terrorla bağlı bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, konqres üzvləri xain hücum nəticəsində bir azərbaycanlının qətlə yetirilməsindən, ikisinin isə yaralanmasından böyük təəssüf hissi keçirdiklərini vurğulayıb, beynəlxalq ictimaiyyətin diqqətini insanlıq əleyhinə yönələn cinayət əməlinə cəlb ediblər.

Moldova Azərbaycanlıları Konqresi İran və Ermənistanın Azərbaycanın sərhədləri daxilində birgə qanunsuz əməllər törətdiyini qeyd edərək, beynəlxalq təşkilatlardan ədalətli mövqe ortaya qoymağı, cinayəti törədənlərin ən qısa zamanda məsuliyyətə cəlb olunması üçün addımlar atmağı tələb ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.