DÜNYA


Moldova COVID-19-a qarşı vaksinasiyaya başlayır

Kişineu, 28 fevral, AZƏRTAC

Moldovaya COVID-19-a qarşı vaksinlərin ilk partiyası gətirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Moldova Prezidenti Maya Sandu öz “Facebook” səhifəsində məlumat verib.

Prezidentin sözlərinə görə, “AstraZeneca” istehsalı olan vaksinlərin ilk partiyası Rumıniyadan gətirilib. Moldova artıq vaksinlərin tətbiqinə başlayacaq. Vaksinlərin ilkin partiyası 21 min 600 dozadır. Rumıniya ilə əldə olunan razılığa görə, ümumilikdə 200 min dozalıq vaksin Moldovaya göndəriləcək.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.