SİYASƏT


Moldova KİV-ləri Azərbaycan Prezidentinin mətbuat konfransını geniş işıqlandırıb

Kişineu, 3 mart, AZƏRTAC

Moldovanın nüfuzlu xəbər portalları Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında söylədiyi fikirləri geniş işıqlandırıb.

AZƏRTAC xəbər verir ki, Moldovanın “point.md”, “tribuna.md”, “ava.md” və “noi.md” saytları Prezident İlham Əliyevin mətbuat konfransında səsləndirdiyi fikirlərə dair xəbərlər yayıblar.

Məqalələrdə Azərbaycan Prezidentinin işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi, orada infrastrukturun yaradılması, məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı fikirlərindən sitatlar yer alıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.