SİYASƏT
Moldova KİV-ləri: Qeyri-qanuni erməni silahlıları 10 noyabr Bəyanatının müddəalarını kobud surətdə pozublar
Kişineu, 4 avqust, AZƏRTAC
Moldovanın nüfuzlu KİV-ləri Azərbaycan Ordusunun keçirdiyi “Qisas” cavab əməliyyatı haqqında geniş məlumat yayıblar.
AZƏRTAC xəbər verir ki, "Point", "Noi", "Tv8", "Agna" və digər xəbər portallarında dərc edilən məqalələrdə Azərbaycan Müdafiə Nazirliyinin “Qisas” cavab əməliyyatı haqqında rəsmi məlumatı yayımlanıb.
Məqalələrdə qeyd olunub ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 2020-ci il 10 noyabr tarixli Bəyanatın müddəalarını kobud surətdə pozaraq avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədiblər.
Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb.
Kişineu