SİYASƏT


Moldova KİV-lərində Azərbaycan Prezidentinin ADA Universitetindəki çıxışına dair məqalələr dərc edilib

Kişineu, 14 aprel, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda iştirakı və çıxışı Moldova KİV-lərində geniş işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, “Noi.md” və “Dosug.md” saytlarında dərc edilən məqalələrdə münaqişədən sonra Azərbaycan ilə Ermənistan arasında yeni münasibətlərin qurulması məsələsinə diqqət yetirilib. Azərbaycan Prezidentinin münaqişə səhifəsinin bağlandığını və Ermənistanla sülh sazişinin mümkün olduğunu bildirdiyi qeyd edilib.

Prezident İlham Əliyevin Şuşada aşkarlanan “İsgəndər-M” raketinin qalıqları məsələsini Rusiya Prezidenti Vladimir Putinlə müzakirə etdiyi, bu raketdən istifadə ilə bağlı Ermənistandan rəsmi cavab gözlədiyi vurğulanıb.

Həmçinin materiallarda Prezident İlham Əliyevin Azərbaycanın Ermənistanla sərhəddə heç bir hərbi planının olmadığını vurğuladığı oxucuların diqqətinə çatdırılıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.