DÜNYA


Moldova Prezidenti Aİ tərəfindən maliyyə yardımı göstərilməsinə dair danışıqların başlanması barədə dekret imzalayıb

Kişineu, 17 fevral, AZƏRTAC

Moldova Respublikasının Prezidenti Maya Sandu Avropa İttifaqı tərəfindən maliyyə yardımının göstərilməsi haqqında danışıqların başlanması barədə dekret imzaladığını bəyan edib.

Söhbət Moldova Respublikası və Avropa Komissiyası arasında pandemiyanın nəticələrinin yumşaldılmasına yönəlmiş maliyyə sazişinin imzalanmasının təsdiq edilməsi və danışıqlar barədə gedir.

“Saziş tibbi və iqtisadi böhranın aradan qaldırılması üçün 15 milyon avro məbləğində yardımın göstərilməsini nəzərdə tutur. Biz bu dekreti hökumətin olmadığı şəraitdə Moldova Respublikasının maliyyələşdirilməsini təmin etmək üçün tam məsuliyyətlə imzaladıq. Bu vəsaitlərin paylanmasını diqqətlə izləyəcəyik. Vətəndaşlarımıza daim dəstəyin göstərilməsinə görə Avropa İttifaqına təşəkkür edirəm”, - deyə Maya Sandu bildirib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.