DÜNYA
Moldova Prezidenti vəzifəsinə namizədləri dəstəkləyən təşəbbüs qruplarının qeydiyyata alınması üçün ərizələrin qəbulu başa çatır
Kişineu, 9 sentyabr, AZƏRTAC
Bu gün, sentyabrın 9-u Moldova Prezidenti vəzifəsinə namizədlərin onları dəstəkləyən təşəbbüs qruplarının qeydiyyata alınması üçün ərizə verə biləcəkləri son gündür. AZƏRTAC bu barədə bloknot-moldova.md internet portalına istinadla məlumat verir.
Moldova Mərkəzi Seçki Komissiyası indiyə qədər aşağıda adları göstərilən namizədləri dəstəkləyən 16 qrupun qeydiyyata alınması barədə qərar qəbul edib: Dmitri Çubaşenko (“Bizim Partiya”); Andrey Nestase (“Ləyaqət və həqiqət platforması” partiyası); Mixay Qimpu (“Liberal partiya”); Maya Sandu (“Fəaliyyət və həmrəylik” partiyası); Yuri Lyanke (“Avropa Xalq partiyası”); İqor Dodon (“Sosialistlər partiyası”); Mixay Korj (müstəqil namizəd); Marian Lupu (Demokratik partiya); Artur Kroitor (müstəqil namizəd); İon Dron(müstəqil namizəd); Valeri Giletski (müstəqil namizəd); Anna Qutsu (“Sağlar” partiyası); Oleq Breq (müstəqil namizəd); Roman Mixaeş (müstəqil namizəd); İliye Rotaru (müstəqil namizəd); Vitali Pavleçenko (müstəqil namizəd);
Dünən, sentyabrın 8-də daha beş namizəd öz qruplarının qeydiyyata alınması üçün müraciət edib: Vadim Brınzan (müstəqil namizəd); İnna Popenko (“Hüquq bərabərliyi” hərəkatı); Silviya Radu (müstəqil namizəd); Mixail Qarbuz (“Moldova Vətənpərvərləri” partiyası); Anatol Pluqaru (müstəqil namizəd).
Qeyd edək ki, iki namizəd – Marian Lupu və Mixay Qimpu artıq zəruri sayda imza toplayıb MSK-ya təqdim ediblər, lakin hələlik onlar namizədlər qismində qeydiyyata alınmayıb.
Moldova qanunvericiliyinə görə, namizədliyə iddia edənlər ölkənin inzibati-ərazi vahidlərinin ən azı yarısında 15-25 min imza toplamalıdırlar.
Moldovada prezident seçkiləri oktyabrın 30-na təyin edilib.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu