Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Moldova Respublikasının Prezidenti İqor Dodondan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin yaradılmasının 25 illiyi münasibətilə Sizi təbrik etməkdən xüsusi məmnunluq duyur, xalqlarımızın səmimi və dost münasibətlərinin davamlı olacağına əminliyimi ifadə edirəm.

Müasir tarixin bu dövrü ərzində siyasi dialoqun inkişafı, ticari-iqtisadi əməkdaşlığın möhkəmlənməsi və mədəni-humanitar əlaqələrin intensivləşdirilməsi, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində dövlətlərimiz arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi istiqamətində yaxşı irəliləyişə nail olduğumuzu qeyd etmək xoşdur.

Əminəm ki, ölkələrimiz üçün həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə faydalı olan bütün sahələrdə konstruktiv və səmərəli əməkdaşlığın genişlənməsi çərçivəsində birgə səylərimizlə yeni diqqətəlayiq nəticələr əldə edəcəyik.

Hörmətli cənab Prezident, Sizinlə Bakıda tezliklə görüşəcəyimə ümid edir və dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

 

İqor Dodon

Moldova Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin