RƏSMİ SƏNƏDLƏR


Moldova Respublikasının Prezidenti İqor Dodondan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Bu əlamətdar gündə Sizə səmimi qəlbdən möhkəm cansağlığı, uzun və səmərəli ömür, firavanlıq və qarşınıza qoyduğunuz məqsədlərin gerçəkləşməsində böyük uğurlar arzu edirəm.

Əminəm ki, Sizin Prezident vəzifəsində çoxşaxəli fəaliyyətiniz bütünlüklə Azərbaycanın əməksevər xalqının firavanlığı naminə onun müstəqilliyinin möhkəmlənməsi və iqtisadi potensialının artırılması işinə xidmət edəcək.

Ümidvar olduğumu bildirirəm ki, uzun illər boyu ölkələrimizi bir-birinə bağlayan dostluq, əməkdaşlıq və qarşılıqlı anlaşma ənənələri bundan sonra da möhkəmlənəcək və konstruktiv məcrada hərtərəfli inkişaf edəcək.

İcazə verin, bu xoş fürsətdən istifadə edərək, Sizi bir daha ürəkdən təbrik edim, Sizə və ailənizə xoşbəxtlik, sülh və firavanlıq diləyim.

Hörmətlə,

 

İqor Dodon

Moldova Respublikasının Prezidenti

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin