Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) rəhbəri İrina Vlaxdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

İcazə verin, Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) İcraiyyə Komitəsi adından Sizə ehtiramımı bildirim və doğum gününüz münasibətilə təbrik edim.

Bu əlamətdar gündə Sizə və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və uğurlar arzu edirik. Qoy, Sizin təşəbbüsləriniz həmişə anlayışla qarşılansın və layiqincə qiymətləndirilsin. Sizə Azərbaycan Respublikasının inkişafı naminə fəaliyyətinizdə tükənməz enerji, cəsarətli ideyalar və yeni uğurlar diləyirik.

Prezident vəzifəsində olduğunuz dövrdə qazandığınız nailiyyətlər, heç şübhəsiz, Sizin gözəl işgüzar və insani keyfiyyətlərinizə, gərgin beynəlxalq şəraitdə Azərbaycan Respublikasının mənafelərini qorumaq və ən mürəkkəb vəziyyətdə də düzgün həll yolu tapmaq bacarığınıza əsaslanır. Sizin sayənizdə Azərbaycan Respublikası beynəlxalq arenada öz nüfuzunu inamla möhkəmlədir.

Biz də öz növbəmizdə, Qaqauz xalqı adından Sizə Qaqauz Yerinə göstərdiyiniz diqqətə görə ən səmimi təşəkkürümüzü bildiririk. Sizi əmin edirik ki, Qaqauz Yerinin rəhbərliyi üçün Azərbaycan Respublikası ilə əməkdaşlıq mühüm və perspektivli hesab olunur. Biz dostluq və tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etməsi və möhkəmlənməsi üçün maksimum səy göstərəcəyik.

Möhtərəm cənab Prezident, fürsətdən istifadə edib, Sizə yüksək ehtiramımızı bildiririk.

Ən xoş arzularla,

İrina Vlax

Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin