Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) rəhbəri İrina Vlaxdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) rəhbəri İrina Vlaxdan cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

İcazə verin, Moldova Respublikasının Qaqauz Yeri Muxtar Ərazi Qurumunun İcraiyyə Komitəsi adından və şəxsən öz adımdan Sizə dərin hörmət və ehtiramımı bildirim.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 104 illiyi münasibətilə səmimi təbriklərimi qəbul edin. Bu bayram Azərbaycan xalqının azadlıq və müstəqilliyinin, dövlətin çoxəsrlik inkişaf yolunun rəmzinə çevrilib.

Konstitusiya Azərbaycan Respublikasının dövlət suverenliyinin və siyasi quruluşunun möhkəm təməlini müəyyənləşdirib, vətəndaşların sosial hüquqlarına zəmanət təmin edib, tarixi-mədəni və mənəvi irsin qorunub saxlanması və zənginləşdirilməsi üçün şərait yaradıb.

Milli bayramınız –Müstəqillik Günü münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, Zati-alinizə möhkəm cansağlığı, firavanlıq, Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram.

Qaqauz Yeri Muxtar Ərazi Qurumunun rəhbərliyi öz növbəsində Azərbaycan Respublikası ilə əməkdaşlığı yüksək qiymətləndirir və ümidvar olduğunu bildirir ki, ikitərəfli münasibətlərimiz xalqlarımızın rifahı naminə bundan sonra da möhkəmlənəcək və genişlənəcək.

Möhtərəm cənab Prezident, fürsətdən istifadə edərək, bir daha Sizə dərin ehtiramımızı bildirir, Qaqauz Yeri Muxtar Ərazi Qurumuna diqqətinizə görə təşəkkürümüzü ifadə edirik.

Dərin hörmət və ən xoş arzularla,

İrina Vlax

Moldova Respublikasının Qaqauziya Muxtar

Ərazi Qurumunun (Qaqauz Yeri) rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin