Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Moldova Respublikasının Qaqauziya Muxtar Ərazisinin rəhbəri İrina Vlaxdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

İcazə verin, Moldova Respublikasının Qaqauziya Muxtar Ərazisinin sakinləri adından və şəxsən öz adımdan Sizə dərin hörmət və ehtiramımı ifadə edim və ad gününüz münasibətilə ən səmimi təbriklərimi, xoş arzularımı çatdırım.

Bu təntənəli və mötəbər gündə sülh, əmin-amanlıq, Azərbaycan Respublikası və onun əhalisinin rifahı naminə fundamental fəaliyyətinizdə Sizə uğurlar, möhkəm cansağlığı arzulayırıq.

Siz dövlətin bütün sahələrinin inkişafı üçün yeni-yeni strateji layihələri həyata keçirməklə, vətəndaşların yaşayış səviyyəsini yüksəltməklə və ölkənin milli maraqlarını üstün tutmaqla əzmlə çalışırsınız.

Əminəm ki, Sizin biliyiniz, təcrübə və bacarığınız, müdrikliyiniz Azərbaycan Respublikasının daha gözəl və çiçəklənən gələcəyini təmin edəcək, əmin-amanlıq və sabitlik qorunub saxlanılacaq.

Qaqauziya Muxtar Ərazisinə göstərdiyiniz dəstəyə görə qaqauz xalqı adından Sizə dərin və səmimi minnətdarlığımızı bildiririk. Biz Azərbaycan Respublikası ilə Moldova Respublikasının Qaqauziya Muxtar Ərazisi arasında yaranmış dostluq münasibətlərinə və açıq tərəfdaşlıq əlaqələrinə görə ürəkdən qürur duyuruq.

Sizə, eləcə də yaxınlarınıza və doğmalarınıza daim aydın səma, rifah və sevinc arzulayıram.

Möhtərəm Prezident, fürsətdən istifadə edərək Sizə ən dərin və yüksək hörmətimi ifadə edirəm.

Dərin hörmət və ehtiramla,

 

İrina Vlax

Moldova Respublikasının Qaqauziya Muxtar Ərazisinin rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin