RƏSMİ XRONİKA


Moldova Respublikasının sabiq prezidenti (2001-2009-cu illər), Moldova Respublikasının Kommunistlər Partiyası Mərkəzi Komitəsinin sədri Vladimir Voronindən

Hörmətli İlham Heydər oğlu,

Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Səsvermədə qazandığınız yüksək nəticə ölkə vətəndaşlarının şəxsən Sizə və Prezident vəzifəsində işinizə ən yüksək etimadın şəksiz sübutudur. Bu, Sizin həyata keçirdiyiniz dəyişikliklərin son dərəcə səmərəli olduğunu göstərir, Azərbaycanın inkişaf və tərəqqi yolu ilə bundan sonra da inamla irəliləməsi üçün etibarlı zəmin yaradır.

İcazə verin, Sizə bundan sonra da ali dövləti fəaliyyətinizdə uğurlar diləyim. Əminəm ki, xalqın mütləq dəstəyi hər bir təşəbbüsünüzdə Sizin köməyiniz olacaqdır.

Fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına isə sülh və firavanlıq diləyirəm.

Ən xoş arzularla,

Vladimir Voronin

Moldova Respublikasının sabiq prezidenti

(2001-2009-cu illər),

Moldova Respublikasının Kommunistlər Partiyası

Mərkəzi Komitəsinin sədri 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin