İQTİSADİYYAT


Moldova Rumıniya vasitəsilə Azərbaycandan qaz almaq niyyətindədir

Moldova Rumıniya vasitəsilə Azərbaycandan qaz almaq niyyətindədir

Bakı, 4 fevral, AZƏRTAC

Moldova SOCAR və “Romgas SA” şirkətləri arasında imzalanmış sazişə əsasən Rumıniya vasitəsilə Azərbaycandan qaz almaq niyyətindədir.

AZƏRTAC xəbər verir ki, bunu Moldova parlamentinin spikeri İqor Qrosu Moldova TVR telekanalına bildirib.

"Bu müqaviləyə əsasən, Azərbaycan qazı Türkiyədən keçməklə Trans-Balkan qaz kəmərinə və Rumıniyaya ötürüləcək. Bu, Moldovanın onu almasına imkan verəcək. Biz bu əlavə qaz mənbəyindən istifadə edəcəyik", - deyə Qrosu qeyd edib.

Onun sözlərinə görə, Rumıniyadan Moldovaya qaz hələ 2014-cü ildə Avropa İttifaqının dəstəyi ilə tikilən və ötən illər ərzində istifadə olunmayan 43,2 kilometr uzunluğunda İasi-Ungeni qaz kəməri ilə nəql edilə bilər. Qrosu bildirib ki, qiymət sərfəli olarsa, Moldovanın öz anbarı olmadığı üçün qazı qonşu ölkələrin yeraltı anbarlarında saxlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.