SİYASƏT


Moldova XİN-in başçısı: Azərbaycanla Şərq Tərəfdaşlığı çərçivəsində gözəl əməkdaşlığımız var

Moldova XİN-in başçısı: Azərbaycanla Şərq Tərəfdaşlığı çərçivəsində gözəl əməkdaşlığımız var

Bakı, 9 fevral, AZƏRTAC

Görüşdə biz iqtisadi tərəfdaşlıq haqqında da danışdıq. Moldovada Azərbaycanın 130 şirkəti fəaliyyət göstərir. Biz bu sayın artmasında maraqlıyıq.

AZƏRTAC xəbər verir ki, bunu Moldovanın xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

Nazir deyib ki, azərbaycanlı həmkarı ilə görüşdə, həmçinin iki ölkə arasında kənd təsərrüfatı və digər sahələrdə biznes əlaqələrinin genişləndrilməsindən, mobil operatorlar üçün rouminq xərclərinin aradan qaldırılmasından danışılıb. Qeyd olunub ki, Moldova ilə Azərbaycan arasında münasibətlər daha da güclənsə, birbaşa hava əlaqəsi yaradıla bilər.

Moldovalı tələbələrin ADA Universitetində bir sıra kurslarda iştirak etdiklərini məmnunluqla diqqətə çatdıran nazir qeyd edib ki, Azərbaycan icması Moldovada fəal rola malikdir, eyni zamanda, Moldova icması Azərbaycanda fəaldır, bu isə münasibətlərin güclənməsinə təkan verir.

“Şərq Tərəfdaşlığı çərçivəsində gözəl əməkdaşlığımız var. Pandemiya dövründə Azərbaycan bizə kömək etdi, dəstək göstərdi. Biz bunu yüksək qiymətləndiririk və buna görə təşəkkür edirik”, - deyə N.Popesku əlavə edib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.