DÜNYA


Moldova gələn il GUAM-a sədrlik edəcək

Tbilisi, 2 dekabr, AZƏRTAC

GUAM-a sədrlik Gürcüstandan Moldovaya keçib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilir ki, İsveçin paytaxtı Stokholmda GUAM təşkilatına üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının 38-ci iclası keçirilib.

İclasda Gürcüstanın xarici işlər naziri David Zalkaliani 2021-ci ildə GUAM-a sədrliyinin yekunları və pandemiyaya baxmayaraq, il ərzində əldə olunmuş nəticələr barədə məlumat təqdim edib.

İclasda, həmçinin təşkilatın gündəliyində duran əməkdaşlığın əsas məsələlər, həmçinin siyasi, parlamentlərarası, sahələrarası, eyni zamanda, “GUAM+” formatı çərçivəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Müzakirələr zamanı regionda təhlükəsizlik məsələləri də nəzərdən keçirilib. GUAM çərçivəsində əməkdaşlıq və qarşılıqlı əlaqələrin koordinasiyasının önəmi vurğulanıb.

Sonunda təşkilata sədrliyin Moldovaya təhvil verilməsi barədə protokol imzalanıb.

D.Zalkaliani Gürcüstanın GUAM-a sədrliyi müddətində əməkdaşlığa görə həmkarlarına minnətdarlığını bildirib və 2022-ci ildə təşkilata rəhbərlik edəcək Moldova tərəfinə uğurlar arzulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.