SİYASƏT


Moldova mətbuatı Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu geniş işıqlandırıb

Kişineu, 28 yanvar, AZƏRTAC

Moldovanın nüfuzlu kütləvi informasiya vasitələri yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumla bağlı məlumatlara geniş yer ayırıb.

AZƏRTAC xəbər verir ki, “Noi”, “Point”, “Timpul”, “10TV” və digər mətbu orqanlarında dərc olunan məqalələrdə Prezident İlham Əliyevin hadisə ilə bağlı tviterdəki paylaşımı, Azərbaycanın Xarici İşlər Nazirliyinin məlumatları yer alıb. Rumın və rus dillərində dərc olunan məqalələrdə hadisə ilə bağlı səfirliyin müşahidə kameralarının videogörüntüləri də paylaşılıb. Silahlı hücum nəticəsində səfirliyin mühafizə əməkdaşlarından birinin həlak olduğu, iki nəfərin isə yaralandığı bildirilib.

 
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.