SİYASƏT


Moldova mətbuatı Laçın rayonunun işğaldan azad olunmasına dair xəbərləri geniş işıqlandırıb

Kişineu, 2 dekabr, AZƏRTAC

Moldovanın aparıcı KİV-ləri Laçın rayonunun işğaldan azad olunmasına dair xəbərləri geniş işıqlandırıb.

AZƏRTAC xəbər verir ki, “NOİ.md”, “publika.md”, “deschide.md” və digər portalların yaydıqları informasiyalarda Azərbaycan Silahlı Qüvvələrinin ordu birləşmələrinin Laçın rayonuna daxil olması barədə məlumat verilib.

Qeyd edilib ki, Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin imzaladıqları üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.

Yazılarda vurğulanır ki, 30 ilə yaxın müddətdə Laçın rayonu Ermənistanın nəzarətində idi.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.