SİYASƏT


Moldova mətbuatı Prezident İlham Əliyevin İƏT-in XV Zirvə Toplantısında çıxışına geniş yer ayırıb

Kişineu, 30 noyabr, AZƏRTAC

Moldova mətbuatı Azərbaycan, İran və Türkmənistan arasında üçtərəfli qaz tədarükü sazişi haqqında məlumatlar yayımlayıb.

AZƏRTAC xəbər verir ki, Moldovanın “noi.md”, “tribuna.md” və digər xəbər portallarında dərc olunan məqalələrdə sazişin əhəmiyyəti barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, bu sazişə əsasən, Türkmənistandan İran vasitəsilə hər il 1,5 milyarddan 2 milyard kubmetrədək təbii qazın Azərbaycana göndərilməsi nəzərdə tutulur.

Bundan başqa Moldavanın aparıcı KİV-i Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısında çıxışına da geniş yer ayırıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.