SİYASƏT


Moldova mətbuatında Ermənistanın müharibə cinayətlərindən bəhs olunub

Kişineu, 23 oktyabr, AZƏRTAC

Moldovanın “Tribuna”, NOİ.MD, AVA.MD informasiya portalları Azərbaycanın bu ölkədəki səfiri Qüdsi Osmanovun bəyanatını yayıb.

AZƏRTAC xəbər verir ki, bəyanatda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının yeni tarix yaratdığı qeyd olunub. Bildirilib ki, Azərbaycan Silahlı Qüvvələri öz torpaqlarını işğaldan azad edir.

Döyüş meydanında məğlub olan Ermənistan müharibə cinayətlərini davam etdirərək, Azərbaycanın cəbhə bölgəsindən uzaq yerləşən şəhər və rayonlarını - Gəncə, Mingəçevir, Siyəzən, Qəbələ, Kürdəmir və digər yaşayış məntəqələrini raket atəşinə tutur. Bununla da Ermənistan rəhbərliyi özünün faşist ideologiyaya əsaslanan fəaliyyətini ifşa edir.

“Artıq bir sıra şəhər və kəndlərimiz erməni işğalçılarından azad olunub. Hər gün dövlət bayrağımız azad olunan yeni yaşayış məntəqələrində sancılır. Budur, Azərbaycan dövlətinin, Azərbaycan xalqının gücü! Qarabağ Azərbaycandır!”, - deyə səfir bəyanatında vurğulayıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.