DÜNYA


Moldova müstəqillik dövründə ilk dəfə olaraq hərbi strategiyasını qəbul edib

Kişineu, 4 oktyabr, AZƏRTAC

Moldova hökuməti müstəqillik dövründə ilk dəfə olaraq 2018-2022-ci illəri əhatə edən hərbi strategiya planını qəbul edib.

AZƏRTAC xəbər verir ki, Moldovanın müdafiə naziri Eudjen Sturza mətbuata açıqlamasında bildirib ki, hərbi strategiya planı ölkənin müdafiə imkanlarının gücləndirilməsi məqsədilə qəbul olunub. Nazirin sözlərinə görə, hərbi strategiya milli təhlükəsizliyə qarşı müasir çağırışlara cavab verir. Sənəddə yeni silahlanmadan tutmuş, orduda şəxsi heyətin sayının artırılmasına qədər bütün məsələlər yer alıb.

Sənəd Müdafiə Nazirliyi tərəfindən Daxili İşlər Nazirliyinin nümayəndələrinin iştirakı və beynəlxalq ekspertlərin dəstəyi ilə hazırlanıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.