DÜNYA


Moldova müxalifəti İqor Dodonun müdafiəsi üçün növbəti etiraz aksiyasına başlayıb

Bakı, 26 may, AZƏRTAC

Moldovada artıq üçüncü gündür ki, ölkənin sabiq prezidenti İqor Dodona dəstək aksiyaları keçirilir.

AZƏRTAC Moldova mediasına istinadla xəbər verir ki, mayın 26-da müxalif Sosialistlər Partiyasının tərəfdarları siyasətçinin ilkin həbsi ilə bağlı sorğunun nəzərdən keçiriləcəyi məhkəmə binası qarşısına toplanıb. Onların fikrincə, hakim “Fəaliyyət və həmrəylik” partiyası və Prezident Maya Sandu ölkədə siyasi rəqiblərini qorxutmağa və diktaturanı bərqərar etməyə çalışır.

Məlumata görə, Sosialistlər Partiyasından olan deputatları da sabiq prezidentə dəstək aksiyasına qoşulmaq üçün parlamentin iclasını tərk ediblər. Hazırda məhkəmə binası polislər tərəfindən mühafizəyə götürülüb. Aksiya zamanı hər hansı insident qeydə alınmayıb.

Moldovanın korrupsiyaya qarşı mübarizə prokurorluğu mayın 25-də ölkənin sabiq prezidentinə qarşı dövlətə xəyanət və korrupsiya da daxil olmaqla, dörd maddə üzrə ittiham irəli sürüb. İqor Dodon isə öz növbəsində ona qarşı irəli sürülən bütün ittihamları rədd edib. Ötən gün sabiq dövlət başçısı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və onun evində axtarış aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.