DÜNYA


Moldova ötən il 164 milyon dollarlıq şərab ixrac edib

Kişineu, 7 mart, AZƏRTAC

Moldova 2018-ci ildə 2,8 milyard leev (164 milyon dollar) dəyərində şərab ixrac edib ki, bu da 2017-ci illə müqayisədə 11 faiz çoxdur.

AZƏRTAC xəbər verir ki, bu barədə Moldova Milli Statistika Bürosu məlumat yayıb.

Bildirilir ki, Moldova şərabı ən çox Rumıniya, Çin və Polşaya ixrac olunub. Bir butulka şərab təxminən 2 dollara satılıb.

Hesabat ilində 128 min hektar üzümlük sahəsindən 680 min ton şərab istehsal edilib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.