SİYASƏT


Moldova portalı AZƏRTAC-ın xüsusi müxbirinin Azərbaycan və Türkiyə prezidentlərinin Qarabağda yazdıqları yeni tarixə dair məqaləsini yayıb

Bakı, 27 oktyabr, AZƏRTAC

Moldovanın nüfuzlu “Tribuna” xəbər portalında AZƏRTAC-ın Ukrayna, Belarus və Moldova üzrə xüsusi müxbiri Emil Hüseynlinin Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın Füzuli Beynəlxalq Hava Limanının rəsmi açılış və Zəngəzur Dəhlizinin təməlqoyma mərasimlərində iştirakına dair məqaləsi dərc olunub.

“Azərbaycan və Türkiyə prezidentləri Qarabağda yeni tarix yazdılar” sərlövhəli məqalədə qeyd olunur ki, Azərbaycan regionda yaranmış yeni geosiyasi vəziyyəti inamla qoruyur və Zəngəzur dəhlizinin açılmasına doğru böyük əzmlə irəliləyir. Azərbaycan Füzuli Beynəlxalq Hava Limanını istifadəyə verməklə bu torpaqların əsl sahibi olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi. Azərbaycanın regionun kompleks inkişafı üçün böyük imkanları var və o, qarşıya qoyduğu bütün məqsədlərə ardıcıl şəkildə nail olur.

Müəllif qeyd edir ki, digər vacib tədbir gələcəkdə Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın şərq rayonlarını Naxçıvan və Türkiyə ilə birləşdirəcək nəqliyyat marşrutunun təməlinin qoyulmasıdır. Bəzi xarici qüvvələrin Qarabağdakı iri layihələri əngəlləmək cəhdlərinə baxmayaraq, Azərbaycan və Türkiyə birgə uğurlarını davam etdirir. Bu uğurun daha bir nümunəsi Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müvafiq mərasimlərdə birgə iştirak etməsidir.

Məqalədə Azərbaycan və Türkiyə prezidentlərinin mətbuata bəyanatlarında səsləndirdikləri fikirlərə də geniş yer verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.