DÜNYA


Moldova prezident seçkilərinə tam hazırdır

Kişineu, 31 oktyabr, AZƏRTAC

Moldovada noyabrın 1-də keçiriləcək prezident seçkilərini 1884 yerli, 309 beynəlxalq müşahidəçi izləyəcək.

AZƏRTAC Moldova Mərkəzi Seçki Komissiyasına istinadla xəbər verir ki, səsvermə üçün 2 milyon 934 min 17 bülleten çap olunub, onlardan 2 milyon 168 min 620 bülleten rumın, 765 min 397 mini isə rus dilindədir.

Ölkədə prezident seçkiləri üçün 2004 seçki məntəqəsi yaradılıb. Seçki məntəqələrinin hamısına videomüşahidə kameraları quraşdırılıb, onlar səsvermə günü internetə qoşulacaq.

Xarici ölkələrdə, o cümlədən Bakı da daxil olmaqla 139 seçki məntəqəsi yaradılıb. Azərbaycanda hərbi vəziyyət elan olunduğundan Moldova MSK-sı Bakıda seçki məntəqəsinin saat 07:00-dan 18:00-a qədər fəaliyyət göstərəcəyi barədə xüsusi qərar qəbul edib.

Seçki qanunvericiliyinə görə, oktyabrın 31-nə keçən gecədən Moldovada “sükut günü” olacaq. Bu müddətdə prezidentliyə namizədlər hər hansı təbliğat-təşviqat işləri ilə məşğul ola bilməz.

Qeyd edək ki, Moldovada keçiriləcək prezident seçkisinin təbliğat-təşviqat dövründə 8 namizəd mübarizə aparıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.