CƏMİYYƏT


Moldova sosial sığorta və sosial təminat sahəsində Azərbaycanın təcrübəsini tətbiq etməkdə maraqlıdır

Bakı, 6 dekabr, AZƏRTAC

Moldovanın Milli Sosial Sığorta Kassasının dəvəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun nümayəndə heyəti həmin ölkədə səfərdə olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, fondun sədr müavini Zəka Mirzəyevin Moldovanın Milli Sosial Sığorta Kassasının rəhbəri Yelena Tsıbırne ilə görüşündə ölkəmizdə sosial sığorta və sosial təminat sahəsində son illərdə aparılan islahatlar barədə məlumat verilib. Bu sahədə innovativ yeniliklər, əhaliyə elektron infrastruktur üzərindən göstərilən proaktiv xidmətlər, sığorta-pensiya sistemi, ümumən sosial təminat sahəsi üzrə qarşıda duran prioritet hədəflər diqqətə çatdırılıb.

O, əhalinin sosial sığortası və sosial ödənişlərlə təmin edilməsi sahəsində Azərbaycanın qabaqcıl təcrübəsini Moldovada tətbiq etməkdə maraqlı olduqlarını bildirib.

DSMF nümayəndə heyətinin üzvləri Azərbaycanın sosial sığorta, pensiya təminatı sistemi, ümumən sosial ödənişlərin təyinatına dair təqdimatlar ediblər. Sosial sığorta və pensiya təminatı sahəsində Azərbaycan təcrübəsinə dair suallar cavablandırılıb.

Səfər çərçivəsində fondun nümayəndə heyəti Moldovanın Orhey şəhərində Milli Kassanın yerli bölməsində vətəndaş qəbulu və müraciətlərin emalı prosesi ilə də tanış olublar. Vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində təcrübə mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.