DÜNYA


Moldova və Rumıniya birgə yeni qaz kəmərinin tikintisinə başlayıb

Kişineu, 16 yanvar, AZƏRTAC

Moldova və Rumıniyanın qaz ötürücü sistemlərini birləşdirəcək yeni qaz kəmərinin tikintisinə başlanılıb.

AZƏRTAC xəbər verir ki, Moldovanın infrastruktur və iqtisadiyyat naziri Kiril Qaburiç mətbuata açıqlamasında “Ungeni-Kişineu” qaz kəmərinin Rumıniyanın “Transqaz” şirkəti tərəfindən inşa edildiyini bildirib. Onun sözlərinə görə, yeni qaz kəməri Moldovanın milli maraqlarına cavab verir və ölkənin iqtisadiyyatının inkişafına təsir edəcək. Eyni zamanda, Moldovaya təbii qazın verilməsində alternativ mənbənin yaradılması ölkənin enerji təhlükəsizliyini möhkəmləndirir. Nazir qeyd edib ki, yeni qaz kəməri vasitəsilə təbii qaz daha ucuz qiymətə təklif olunacaq.

Çəkilişinin 120 milyon avroya başa gələcəyi və 2020-ci ilin əvvəlinə yekunlaşacağı nəzərdə tutulan qaz xəttinin gücü illik 1,5 milyard kubmetr olacaq.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.