CƏMİYYƏT


Moldovada A (H1N1) virusundan 13 nəfər həlak olub

Kişineu, 6 fevral, AZƏRTAC

Qış mövsümü başlayandan bəri Moldovada 13 nəfər qripdən həlak olub. AZƏRTAC xəbər verir ki, bu barədə Moldovanın Səhiyyə, Əmək və Sosial Müdafiə Nazirliyindən məlumat verilib.

Onun sözlərinə görə, qripdən ölənlərin hamısında A (H1N1) virusu aşkarlanıb. Təkcə son bir həftədə bu virusdan 4 nəfər həlak olub. Onlar qripə qarşı vaksin olunmayıblar. Moldovada hazırda qrip xəstəliyinin artma tendensiyası davam edir.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.