CƏMİYYƏT


Moldovada Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib

Kişineu, 1 iyun, AZƏRTAC

Moldova Azərbaycanlıları Konqresi 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirib.

AZƏRTAC xəbər verir ki, bədii-əyləncəli tədbirdə 300-dən çox uşaq iştirak edib. Onların əksəriyyəti Moldovanın bölgələrində, o cümlədən Qaqauziya Muxtar Vilayət Ərazisində yerləşən uşaq evlərinin təmsilçiləri olub. Uşaqlar attraksiondan istifadə ediblər, elan edilən şeir və rəsm müsabiqəsində iştirak ediblər.

Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov çıxış edərək bildirib ki, bu gün Azərbaycan uşaqları daha xoşbəxt və şanslıdır. Çünki Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın şanlı Ordusu işğal altındakı ərazilərimizi azad edib. “Bu gün onlar, həmçinin ona görə xoşbəxtdirlər ki, Azərbaycan dövlətinin qayğısını daim hiss edirlər. Uşaqlara qayğı Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biridir. Onlar dövlətin və cəmiyyətin tam qayğısı ilə əhatə olunublar. Dövlətimiz həmişə uşaqlara məhəbbətlə yanaşıb, onların sağlam, eyni zamanda, savadlı və vətənpərvər böyümələri üçün hər cür şərait yaradıb”, - deyə Elçin Bayramov əlavə edib.

Tədbirin sonunda Moldova Azərbaycanlıları Konqresi uşaqlara hədiyyələr təqdim edib.

Xatırladaq ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün (International Children’s Day) qeyd olunması qərara alınıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.