DÜNYA


Moldovada deputatların sayının azaldılması ilə bağlı referendum keçiriləcək

Kişineu, 1 dekabr, AZƏRTAC

Moldova parlamenti deputatların sayının 101-dən 61-ə qədər azaldılması ilə bağlı 2019-cu il fevralın 24-də referendumun keçirilməsinə dair qərar qəbul edib.

AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, qərarın müəllifi Serdjiu Sırbunun fikrincə, deputatların sayının azaldılması onların seçicilər qarşısında məsuliyyətini artıracaq.

Qeyd edək ki, fevralın 24-də Moldovada parlament seçkiləri də keçiriləcək.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.