DÜNYA


Moldovada fövqəladə vəziyyət daha 60 gün uzadılıb

Moldovada fövqəladə vəziyyət daha 60 gün uzadılıb

Kişineu, 30 mart, AZƏRTAC

Moldovada fövqəladə vəziyyət aprelin 5-dən daha iki ay müddətinə uzadılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Moldova parlamentinin martın 30-da keçirilən iclasında qərar qəbul edilib.

Hökumətin fövqəladə vəziyyətin müddətinin uzadılması təklifi 61 deputatın səsi ilə təsdiqlənib.

Moldova hökuməti bəyan edib ki, Ukraynada müharibə davam etdiyi üçün belə bir addımın tətbiqi zəruridir.

Moldovanın Baş naziri Dorun Reçan bildirib ki, müharibənin nəticələri Moldovada da hiss olunur.

Baş nazir əlavə edib ki, Rusiya raketləri Moldova hava məkanını pozmaqda davam edir və bu, Moldova sakinlərinin həyatı və sağlamlığı üçün təhlükə yaradır.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.