DÜNYA


Moldovada fövqəladə vəziyyət rejimi fevralın ortalarına qədər uzadılıb

Moldovada fövqəladə vəziyyət rejimi fevralın ortalarına qədər uzadılıb

Kişineu, 14 yanvar, AZƏRTAC

Moldova hökuməti ölkədə fövqəladə vəziyyət rejimini fevralın 15-dək uzadıb.

Ölkədə gecə klublarının fəaliyyətinə qadağa fevralın ortalarına qədər davam edəcək. Restoran və kafelər saat 7-dən 22.00-dək, gecə isə yalnız çatdırılma xidməti ilə işləyə bilər. Bundan başqa, bu müddətdə teatrlar yalnız zalın 50% dolması şərti ilə fəaliyyət göstərə bilər, kinoteatrlar isə işləməyəcək. Parklara, istirahət zonalarına, uşaq və idman meydançalarına getməklə bağlı qadağa qüvvədə olacaq.

Əlli nəfərədək şəxsin iştirakı ilə şənliklərin keçirilməsinə icazə verilsə də, bu cür yığıncaqların təhsil müəssisələrinin və ya xəstəxanaların yaxınlığında təşkili qadağan olunub.

Bununla yanaşı, "qırmızı" zonadan əcnəbilərin ölkəyə girişinə qadağa uzadılıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.