DÜNYA


Moldovada fövqəladə vəziyyət rejimi iyulun 31-dək uzadılıb

Kişineu, 11 iyul, AZƏRTAC

Koronavirus pandemiyası səbəbindən Moldovada tətbiq edilən fövqəladə vəziyyət rejimi iyulun 31-dək uzadılıb. Bu, bütün dünyada koronavirusa yoluxma hallarının kifayət qədər böyük sayının qeydə alınması ilə bağlıdır.

AZƏRTAC xəbər verir ki, Moldovanın Baş Naziri İon Kiku bu barədə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Moldova hökuməti dünyada hökm sürən əlverişsiz epidemioloji vəziyyət səbəbindən karantin məhdudiyyətlərinin yumşaldılmasına imkan verə bilməz.

O bildirib ki, xaricdən qayıdan Moldova vətəndaşları bundan sonra da 14 gün ərzində özünütəcrid rejiminə riayət edəcəklər.

Baş Nazir, həmçinin bildirib ki, bütün karantin məhdudiyyətləri, xüsusən də qapalı məkanlarda təntənəli tədbirlərin keçirilməsinə qadağa qüvvədə qalır.

Rüstəm Məmmədov

AZƏRTAC

Kişineu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.