DÜNYA


Moldovada keçiriləcək prezident seçkilərinin ikinci turu ilə bağlı “sükut günü”dür

Kişineu, 14 noyabr, AZƏRTAC

Bu gün Moldovada noyabrın 15-də keçiriləcək prezident seçkilərinin ikinci turu ilə bağlı “sükut günü”dür.

AZƏRTAC Moldova Mərkəzi Seçki Komissiyasının saytına istinadla xəbər verir ki, “sükut günü” prezidentliyə namizədlər hər hansı təbliğat-təşviqat işləri apara bilməz.

Prezident seçkilərinin ikinci turunda sabiq Baş nazir Maya Sandu ilə hazırkı Prezident İqor Dodon mübarizə aparacaqlar. Sosial sorğularda birinci turda olduğu kimi, bu dəfə də Maya Sandunun qələbə çalacağı qeyd olunur.

Prezident seçkilərinin ikinci turu ilə bağlı 3 milyon 605 min 517 bülleten çap olunub. Seçki bülletenlərinin sayına uyğun olaraq koronavirusdan qorunmaq üçün müvafiq vasitələr də paylanılıb.

Çap olunan seçki bülletenlərindən 671min 500-ü ölkədən kənardakı seçki məntəqələrinə göndərilib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.