DÜNYA
Moldovada keçiriləcək prezident seçkilərinin təhlükəsizliyini 6 mindən çox polis qoruyacaq
Kişineu, 30 oktyabr, AZƏRTAC
Moldovada noyabrın 1-də keçiriləcək prezident seçkilərində təhlükəsizliyi 6 mindən çox polis qoruyacaq.
AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Moldova Baş Polis Müfəttişliyinin rəisi Serdjiu Payu məlumat verib.
Səsvermə günü polis daxil olan şikayətləri operativ araşdıracaq. Eyni zamanda, pandemiya şərtlərinə uyğun olaraq ictimai nəqliyyatda sərnişinlərin sıxlığına nəzarət edəcək, koronavirusla bağlı tətbiq edilən karantin qaydalarının pozulmaması üçün müvafiq qabaqlayıcı tədbirlər görəcək.
Onun sözlərinə görə, seçki təbliğatı dövründə polis 80-dən artıq qanun pozuntusu qeydə alıb.
Qeyd edək ki, Moldovada keçiriləcək prezident seçkisinin təbliğat-təşviqat dövründə 8 namizəd mübarizə aparıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]