DÜNYA
Moldovada kirayə gəlirindən vergi ödəməyənlərə nəzarət gücləndirilib
Bakı, 2 may, AZƏRTAC
Moldovada bu ilin ilk üç ayında mənzilini kirayəyə verən 3 mindən çox fiziki şəxs rəsmi qeydiyyata alınıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, ölkənin fiskal orqanlarının məlumatına görə, əlavə gəlirlərin leqallaşdırılması heç də həmişə könüllü şəkildə baş vermir. Belə ki, öz mənzillərini kirayəyə verən sıra vətəndaşları vergi müfəttişləri müstəqil şəkildə aşkara çıxarırlar. Cari ilin yanvar-mart aylarında vergi orqanı əməkdaşları 1500-dən çox kirayə gəliri əldə edən şəxsi müəyyənləşdirərək, onlara müxtəlif sanksiyalar tətbiq ediblər. Bu məqsədlə müfəttişlər nəzarət səfərləri təşkil edirlər.
Ölkə qanunvericiliyinə əsasən, mənzilini kirayəyə verən şəxslər aldıqları məbləğin 7 faizini dövlət büdcəsinə ödəməlidirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]
“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq
- 24.04.2024 [13:55]
İspaniya Baş nazirinin həyat yoldaşına qarşı istintaq başlayıb
- 24.04.2024 [13:05]
İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb
- 24.04.2024 [12:07]
Artan dövlət borcu yükü Afrikanı yol ayrıcında qoyur - UNECA
- 24.04.2024 [11:57]
Moskva məhkəməsi Rusiya müdafiə nazirinin müavinini həbs edib
- 24.04.2024 [11:50]