DÜNYA


Moldovada koronavirusa görə fövqəladə vəziyyət rejimi iyulun 15-dək uzadılıb

Kişineu, 24 iyun, AZƏRTAC

Moldovada koronavirusa görə fövqəladə vəziyyət rejimi iyulun 15-dək uzadılıb.

AZƏRTAC xəbər verir ki, Moldova Milli Fövqəladə İctimai Sağlamlıq Komissiyasının qərarına əsasən iyulun 15-dək ölkədə ictimai yerlərdə 3 nəfərdən artıq insan toplaşa bilməz, oyun və idman zallarına giriş qadağandır.

Bu müddətdə, həmçinin ictimai yerlərdə insanların kütləvi iştirakı ilə toy mərasimlərinin, ad günlərinin və bu kimi tədbirlərin keçirilməsi qadağandır. Bundan əlavə, tədris müəssisələrinin, uşaq istirahət düşərgələrinin və gecə klublarının iştirakına icazə verilmir.

Moldovada epidemioloji vəziyyətə uyğun olaraq iyulun 15-dən sonra da fövqəladə vəziyyət uzadıla bilər.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.