DÜNYA


Moldovada koronavirusdan ölən həkimlərin sayı 83-ə çatıb

Kişineu, 18 fevral, AZƏRTAC

Moldovada pandemiya dövründə artıq 15 883 tibb işçisi koronavirusa yoluxub, onlardan 83 nəfəri həyatını itirib.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, koronavirusa yoluxanlardan 4697-i həkim, 6614-ü tibb bacısı, 2133-ü sanitar, 2439-u isə digər tibb heyətidir.

Ümumilikdə, Moldovada 172 815 nəfər COVID-19-a yoluxub, onlardan 3697-i həyatını itirib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.