DÜNYA


Moldovada kütləvi şəkildə “bomba” həyəcanı yaşanır

Kişineu, 7 iyul, AZƏRTAC

Son üç gün ərzində Moldovanın müxtəlif qurumlarında “bomba” həyacanı yaşanır.

AZƏRTAC yerli KİV-ə istinadla xəbər verir ki, iyulun 7-də də hüquq-mühafizə orqanlarına Kişineuda Ali Məhkəmənin binasına partlayıcı qurğu qoyulması barədə məlumat daxil olub.

Hazırda ərazidə bütün ixtisaslaşmış xidmətlər işləyir. Ərazi mühasirəyə alınıb, insanlar müəssisədən təxliyə ediliblər.

Bu gün naməlum şəxslər Qaqauziya Muxtar Vilayəti ərazisində daha bir obyekti “minalayıb”. Bu dəfə hüquq-mühafizə orqanlarına Komrat Liseyinin binasına partlayıcının qoyulması barədə məlumat daxil olub. Hüquq-mühafizə orqanları hadisə yerinə gəlib, yoxlama aparır, insanlar təxliyə ediliblər.

Qaqauziyada daha əvvəl İcraiyyə Komitəsinin binasına və çoxfunksiyalı mərkəzlərə “bomba” qoyulması barədə məlumatlar yayılmışdı. Bütün hallarda xəbərlərin yalan olduğu üzə çıxıb.

Eyni zamanda, üç gün öncə Kişineu aeroportuna da bomba qoyulması barədə məlumat daxil olmuşdu.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.