DÜNYA


Moldovada parlament seçkilərini 4 mindən çox yerli və beynəlxalq müşahidəçi izləyəcək

Kişineu, 22 fevral, AZƏRTAC

Moldova Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 24-də keçiriləcək parlament seçkilərini izləmək üçün 4 mindən artıq yerli və beynəlxalq müşahidəçiləri qeydiyyata alıb.

AZƏRTAC xəbər verir ki, bu barədə MSK məlumat yayıb. Qeyd edilib ki, xarici və yerli müşahidəçilərin qeydiyyatı bu gün başa çatıb. Parlament seçkilərini 20 ictimai təşkilatdan 3412 yerli, 57 beynəlxalq təşkilatdan 776 xarici müşahidəçi izləyəcək.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun başçılıq etdiyi nümayəndə heyəti də fevralın 24-də Moldovada keçiriləcək parlament seçkilərini müşahidə etmək məqsədilə bu ölkəyə səfərə yola düşüb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.