SİYASƏT


Moldovada prezident seçkilərinin ikinci turunda seçici aktivliyi müşahidə olunur

Kişineu, 15 noyabr, AZƏRTAC

Moldovada prezident seçkilərinin ikinci turunda seçici aktivliyi müşahidə olunur.

Bu sözləri AZƏRTAC-a səsvermənin gedişatını izləyən Milli Məclisin deputatı, MDB Parlamentlərarası Assambleyasının müşahidəçilərinin koordinator qrupunun rəhbəri Rüfət Quliyev söyləyib.

Deputatın sözlərinə görə, artıq MDB Parlamentlərarası Assambleyasının müşahidəçiləri 10 məntəqədə səsvermə prosesini izləyiblər. Birinci tura nisbətən seçici fəallığı 15-20 faiz çoxdur. Vətəndaşlarda siyasi aktivlik müşahidə olunur. Pandemiya ilə bağlı yüksək hazırlıq işləri görülüb.

Xırda qanun pozuntularının qeydə alındığını deyən R.Quliyev bu pozuntuların əksəriyyətinin texniki xarakter daşıdığını qeyd edib.

Qeyd edək ki, dünən MDB Parlamentlərarası Assambleyasının müşahidəçilərinin koordinator qrupu prezidentliyə namizədlərin seçki qərargahının rəhbərləri, beynəlxalq təşkilatların seçki qrupu ilə görüşüblər.

Xatırladaq ki, prezident seçkilərinin ikinci turunda sabiq Baş nazir Maya Sandu ilə hazırkı Prezident İqor Dodon mübarizə aparırlar. Sosial sorğularda birinci turda olduğu kimi, bu dəfə də Maya Sandunun qələbə çalacağı qeyd olunur.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.