DÜNYA


Moldovanın 10-dan çox aviaşirkətinin Avropa İttifaqı ölkələrinə uçuşlarına qadağa qoyulub

Kişineu, 12 aprel, AZƏRTAC

Moldovanın 10-dan çox aviaşirkətinin Avropa İttifaqı ölkələrinə uçuşuna qadağa qoyulub.

AZƏRTAC Moldovanın Milli Aviasiya İdarəsinə istinadla xəbər verir ki, qadağaya səbəb həmin şirkətlərin təhlükəsizliyə dair Avropa sertifikatının olmamasıdır. Bunlar “Tandem Aero SRL”, “Valan ICC SRL”, “Aim Air SRL”, “Oscar Jet SRL”, “Air Stork SRL”, “MEGAviation SRL”, “Pecotox-Air SRL”, “Терра Авиа SRL”, “Fly Pro SRL”, “Moldaeroservice и Diplomat Air SRL” aviaşirkətləridir. Qadağa ilə bağlı qərar artıq qüvvəyə minib.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.