YUBİLEY TƏBRİKLƏRİ
Moldovanın Moldpress xəbər agentliyinin baş direktoru
Andrey Volentir
- Hörmətli AZƏRTAC agentliyinin əməkdaşları, həmkarlar və tərəfdaşlar. Siz şanlı və zəngin tarixlə, parlaq və yaddaqalan hadisələrlə dolu yüzillik yol qət etmisiniz. Azərbaycan Dövlət İnformasiya Agentliyinin böyük bir dövrü əhatə edən fəaliyyəti və taleyi Azərbaycanın tarixi ilə sıx bağlıdır. AZƏRTAC postsovet məkanının aparıcı informasiya agentliklərindən biri, Azərbaycanda və dünyada baş verən hadisələr haqqında operativ və ətraflı informasiyanın etibarlı mənbəyidir.
Əhəmiyyətli olan budur ki, siz əldə etdiklərinizlə kifayətlənmir, daim yeni texnologiyalar tətbiq edir, müasir informasiya xidmətləri təklif edirsiniz. Sizin agentliyiniz çoxsaylı xarici tərəfdaşlar arasında layiqli hörmət və etimad qazanıb. Siz onlarla birlikdə müxtəlif media layihələrini uğurla həyata keçirisiniz. Əminəm ki, AZƏRTAC-ın bütün kollektivinin böyük təcrübəsinə və yüksək peşəkarlığına bundan sonra da tələbat olacaq. O, dövlətinizin rifahı naminə inkişaf edəcək və təkmilləşəcək.
Sizi əlamətdar tarix – AZƏRTAC-ın yaradılmasının yüzilliyi münasibətilə Moldpress agentliyi adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm. Yeni yüzillikdə bütün kollektivinizə möhkəm cansağlığı, tərəqqi, uğurlar və böyük nailiyyətlər arzulayıram.