SİYASƏT


Moldovanın “Tribuna” portalı Ermənistanın humanitar atəşkəsi pozması barədə məqalə yayıb

Kişineu, 26 oktyabr, AZƏRTAC

Moldovanın nüfuzlu “Tribuna” portalı Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəsi pozması barədə məqalə dərc edib.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə istinadla Ermənistan baş nazirinin humanitar atəşkəs rejiminə riayət etmək barədə 08.00 radələrində Ermənistanın atəşkəsə riayət etməsi barədə açıqlama verdikdən dərhal sonra Laçın rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin artilleriyadan atəşə tutulduğu qeyd olunub.

“Tərtər rayonu və ətraf kəndlərin mülki əhalisi Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub. Həmçinin Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları ərazisindən müvafiq olaraq Gədəbəy, Tovuz və Daşkəsən rayonlarındakı Azərbaycan mövqeləri atəşə məruz qalıb", - deyə məqalədə vurğulanıb.

Məqalədə Hikmət Hacıyevin bu fikirləri də yer alıb: “10 oktyabrda Moskva bəyanatının ardınca Ermənistan ballistik raketlə Gəncə şəhərinin mülki əhalisini atəşə tutmuşdu. 18 oktyabrda Fransanın vasitəçiliyi ilə razılaşdırılmış humanitar atəşkəs rejimini də Ermənistan tərəfi kobud şəkildə pozub. Bütün bunlar bir daha onu göstərir ki, Ermənistan humanitar atəşkəsi sözdə dəstəkləyir, əməldə isə humanitar atəşkəsin arxasında gizlənərək Azərbaycan Silahlı Qüvvələrini və mülki əhalini atəşə tutmaq, qüvvələrini təmərküzləşdirmək və yeni mövqelər əldə etmək üçün istifadə edir. Ermənistanın məqsədi işğala əsaslanan status-kvonu saxlamaq və möhkəmləndirməkdir”.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.