SİYASƏT


Moldovanın aparıcı KİV-ləri Bərdə şəhərinin raket atəşinə tutulması barədə məqalələr yayıb

Kiyev, 29 oktyabr, AZƏRTAC

Moldovanın aparıcı KİV-ləri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Bərdə şəhərini raket atəşinə tutması barədə məqalələr yayıb.

AZƏRTAC xəbər verir ki, Moldovanın nüfuzlu “Tribuna”, NOİ.MD, AVA.MD, İPN.MD informasiya portalları Bərdə şəhərinə edilən raket hücumu nəticəsində 20-dən çox mülki vətəndaşın həlak olduğu qeyd edilir.

Məqalələrdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi “Instagram” hesabında edilən paylaşımdakı fikirlər yer alıb. Birinci xanıma istinadla vurğulanıb ki, Ermənistan silahlı qüvvələri döyüş əməliyyatları zonasından kənarda yerləşən Bərdə şəhərini raket atəşinə məruz qoyaraq humanitar atəşkəs rejiminin şərtlərini növbəti dəfə kobud şəkildə pozublar.

Həmçinin digər məqalələrdə də Ermənistanın Azərbaycanın yaşayış yerlərini, o cümlədən Bərdəni kasetli raketlərlə atəşə tutmasını pisləyən fikirlər yer alıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.