SİYASƏT
Moldovanın nüfuzlu KİV-ləri Ermənistan silahlılarının təxribatına dair məqalələr yayıb
Kişineu, 28 sentyabr, AZƏRTAC
Moldovanın nüfuzlu kütləvi informasiya vasitələri Ermənistan ordusunun cəbhədəki təxribatına, Azərbaycan Silahlı Qüvvələrinin əks hücuma keçərək uğurlu əməliyyatlar aparmasına dair məqalələr yayıblar.
AZƏRTAC xəbər verir ki, “noi.md”, “sputnik.md”, “ipn.md”, “locals.md”, “bani.md”, “protv.md” və digər saytlarda dərc edilən məqalələrdə Azərbaycan Müdafiə Nazirliyinə, ölkəmizin Moldovadakı səfirliyinə istinadla Ermənistan silahlılarının törətdiyi təxribatlar, mülki şəxslərin hədəfə alınması, Silahlı Qüvvələrimizin uğurlu əks-hücum əməliyyatları barədə məlumatlar yer alıb.
Diqqətə çatdırılır ki, Azərbaycan Ordusunun qoşun növləri və bölmələrinin həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatı nəticəsində işğal altındakı bir sıra kəndlərimiz, vacib yüksəkliklər və əlverişli ərazilər azad olunub.
Bildirilir ki, cəbhənin Füzuli–Cəbrayıl istiqamətində hərbi əməliyyatlar nəticəsində uzun illər ərzində düşmən işğalındakı Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdurrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri azad edilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu