SİYASƏT


Moldovanın nüfuzlu KİV-ləri ermənilərin vandal hərəkətlərinə dair məqalələr dərc edib

Kiyev, 17 noyabr, AZƏRTAC

Moldovanın nüfuzlu KİV-ləri Azərbaycanın Kəlbəcər, Laçın və Ağdam rayonlarında evlərin ermənilər tərəfindən yandırıldığına dair xəbərləri geniş işıqlandırıb.

AZƏRTAC xəbər verir ki, “Timbul”, “Tribuna”, NOİ.MD, AVA.MD və digər informasiya portallarında dərc edilən məlumatlarda Kəlbəcər, Laçın və Ağdam rayonlarından çıxan ermənilərin evlərə od vurduqları barədə ətraflı məlumat verilib, foto və videolar təqdim olunub. Vurğulanıb ki, ermənilər azərbaycanlılara qalmaması üçün evlərini yandırır, ağacları kəsirlər.

Qeyd edilib ki, əldə olunan razılaşmaya əsasən, Ermənistan dekabrın 1-dək Kəlbəcər, Laçın və Ağdam rayonlarını Azərbaycana qaytarmalıdır.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.